Misir yeni neft və qaz müqavilələri bağlayıb
Qahirə, 2 yanvar, AZƏRTAC
Misir Aralıq dənizindəki regional sularda və Qırmızı dəniz sahillərində neft və qaz yataqlarının kəşfiyyatı və istismarı üçün yerli və xarici enerji şirkətləri ilə 1 milyard dollarlıq yeni müqavilələr bağlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə bildirən Misirin neft naziri Tarik Əl-Molla yaxın aylarda 6 şirkətin daha 17 quyu qazacağını bəyan edib. Onun sözlərinə görə, Misir neft-qaz sektoruna yeni sərmayələr cəlb edir və dünyanın iri enerji şirkətləri ilə bu istiqamətdə danışıqlar aparılır.
Ötən ilin martında Misir 23 neft-qaz quyusunun qazılması üçün “Exxon Mobil”, “Chevron” və “Total” şirkətləri ilə 1,4 milyard dollarlıq kontraktlar imzalamışdı.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]