MİSİRDƏ AZƏRBAYCANA BÖYÜK MARAQ GÖSTƏRİLİR
H.Babayev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan iqtisadi islahatlardan danışmış, qazanılmış uğurları qeyd etmişdir. Nazir bildirmişdir ki, həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatında dinamik inkişafa nail olunmuş, ötən il respublikamız inkişaf tempinə görə dünyada öncül yerlərdən birini tutmuşdur. Əlverişli biznes mühiti xarici sərmayəçilərin Azərbaycana marağını daha da artırmış, sərmayələrin axını güclənmişdir. 2005-ci ildə iqtisadiyyata və sosial sahələrə 5,4 milyard manat (AZN) və ya əvvəlki illə müqayisədə 12,7 fazi çox sərmayə qoyulmuşdur.
Ölkəmizin dünya iqtisadiyyatına sürətlə inteqrasiya etdiyini bildirən H.Babayev, Azərbaycan ilə Misir arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırmışdır.
2005-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin 40 milyon ABŞ dolları təşkil etdiyini xatırladan nazir, Azərbaycanın zəngin təbii sətvətlərə və əmək resurslarına malik olduğunu vurğulamış, misirli iş adamlarının azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığının hər iki ölkəyə fayda verəcəyini qeyd etmişdir.
H.Babayev iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə hökumətlərarası müştərək komissiyanın payızda keçirilməsi nəzərdə tutulan iclası çərçivəsində dost ölkənin sahibkarlarının Azərbaycana dəvət olunmasını işgüzar dairələr arasında əlaqələrin genişlənməsi və ticarət dövriyyəsinin artması baxımından məqsədəuyğunluğunu vurğulamışdır.
Xanım Fatma əl-Zəhra ölkəsində Azərbaycana böyük maraq göstərildiyini, respublikamızda həyata keçirilən iqtisadi islahatların diqqətlə izləndiyini qeyd etmiş, iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirmişdir.
Misirli qonaq iş adamlarının ikitərfli görüşlərinin təşkili ilə bağlı Azərbaycan tərəfinin təklifini yüksək qiymətləndirmişdir.
Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.