Misirdə Menkaure ehramının bərpası üçün ali elmi komitə yaradılıb
Bakı, 5 fevral, AZƏRTAC
Misirin turizm və qədim əsərlər naziri Əhməd İsa Giza yaylasındakı 4500 il yaşı olan Menkaure ehramının bərpası layihəsini nəzərdən keçirmək üçün tanınmış arxeoloq Zahi Havassın rəhbərlik etdiyi ali elmi komitənin yaradılması haqqında əmr imzalayıb.
AZƏRTAC “Əl Əhram” nəşrinə istinadla xəbər verir ki, komitə mühəndislər və arxeoloqlardan, xüsusən Misir, ABŞ, Çexiya və Almaniyadan olan ehramlar üzrə mütəxəssislərdən ibarətdir. Onun əsas vəzifəsi Misirin Qədim Əsərlər Ali Şurası (SCA) ilə Yaponiyanın Vaseda Universiteti arasında əməkdaşlıq şəraitində həyata keçirilən Giza yaylasındakı Menkaure ehramının memarlıq-bərpa layihəsini qiymətləndirməkdir.
Layihənin nəzərdən keçirilməsi başa çatdıqdan sonra komitə öz nəticələrini və tövsiyələrini əks etdirən hərtərəfli elmi hesabat hazırlayacaq. Bu hesabatda UNESCO ilə koordinasiya üçün zəruri prosedurlar da öz əksini tapacaq.
Menkaure ehramında bərpa işlərinə başlamazdan əvvəl komitənin hesabatı Misirin Turizm və Qədim Əsərlər Nazirliyinə təqdim olunacaq. Sonra komitənin nəticələrini və layihənin başlanması ilə bağlı qərarı elan etmək üçün beynəlxalq mətbuat konfransı təşkil ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
- 24.09.2026 [09:58]
Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir
- 24.09.2026 [09:38]
Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO
- 24.09.2026 [05:19]
Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]
"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb
- 23.09.2026 [22:19]
Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib
- 23.09.2026 [22:01]