Misirdə turist avtobusu qəzaya uğrayıb, 32 nəfər xəsarət alıb
Qahirə, 22 iyul, AZƏRTAC
Misirin Cənubi Sinay vilayətində turistləri daşıyan avtobusun yük avtomobili ilə toqquşması nəticəsində 32 nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, hadisə Ras Sidr şəhəri yaxınlığında baş verib.
Cənubi Sinay vilayət administrasiyasının yaydığı məlumata görə, qəzaya uğrayan avtobus Şarm əl-Şeyxdən Giza piramidalarına yola düşən 22 avtobusdan ibarət turist karvanının tərkibində olub.
İlkin məlumata əsasən, xəsarət alanların arasında 27 Türkiyə, 4 Misir və 1 Azərbaycan vətəndaşı var. Yaralılardan 4-nün vəziyyəti orta ağır və ağır qiymətləndirilir, digər zərərçəkənlərin vəziyyəti isə stabildir.
Cənubi Sinay valisi İsmayıl Kamal aidiyyəti qurumlara hadisənin nəticələrinin aradan qaldırılması, təcili tibbi yardım briqadalarının hadisə yerinə cəlb edilməsi və yaralıların Ras Sidr Xəstəxanasında zəruri tibbi yardımla təmin olunması barədə tapşırıq verib.
Vilayət rəhbərliyi hadisə ilə bağlı icra, səhiyyə və təhlükəsizlik qurumları arasında koordinasiyanın davam etdirildiyini, yaralılara bütün zəruri tibbi yardımın göstərildiyini və vəziyyətin nəzarətdə saxlanıldığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]