Misli Premyer Liqası: “Neftçi”-“Qarabağ” oyununa satılmış bilet sayı açıqlanıb
Bakı, 30 noyabr, AZƏRTAC
Misli Premyer Liqasının 15-ci turu çərçivəsində “Neftçi” və “Qarabağ” komandaları arasında keçiriləcək oyuna bilet satışı davam edir.
Bakı klubunun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qarşılaşma üçün artıq 5 min bilet satılıb.
Yerdə qalan 3 min biletdən 1000 ədədi (“Cənub-üst” sektoru – 10 AZN, “Cənub-alt” sektoru – 15 AZN, VIP – 35 AZN) hazırda iticket.az saytından onlayn şəkildə almaq mümkündür.
Oyunu tribunadan izləmək istəyən azarkeşlər həmin gün saat 12:00-dan etibarən “Forza” və “Qərb-2” sektorlarına olan 2000 ədəd bileti (qiyməti 3 AZN) “Neftçi Arena”nın kassalarından əldə edə bilərlər.
Qeyd edək ki, görüş dekabrın 1-i saat 19:00-da “Neftçi Arena”da təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]
“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb
- 11.06.2026 [16:28]
UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub
- 11.06.2026 [15:58]
Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib
- 11.06.2026 [15:48]