“Mişov dağı” jurnalı – iki ölkə arasında mədəni körpü

Bakı, 22 noyabr, Zərəngiz Mansurova, AZƏRTAC
Tehranda Mişov Mədəniyyət Mərkəzi tərəfindən çap olunan “Mişov dağı” jurnalı 20 ildən çoxdur ki, latın və əski (ərəb) əlifba ilə Azərbaycan və farsca işıq üzü görür. Bu günlərdə jurnalın 18, 19 və 20-ci nömrələri işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, nəşrin yeni nömrələrində Azərbaycan şairləri Məhəmməd Füzuli, Xurşidbanu Natəvan, Məmməd Arazın və türk şairi Nazim Hikmətin həyat və yaradıcılığından, Xocalı, 20 Yanvar faciələrindən, müasir ədəbiyyatın aparıcı nümayəndələrindən söhbət açılır. Eyni zamanda, jurnalın təsisçisi və redaktoru Aqşın Ağkəmərlinin xalqımızın başına gətirilən bəlalardan bəhs edən yazısı işıq üzü görüb.
Nəşrdə dünya şöhrətli alim Lütfi Zadə, akademik Nizami Cəfərov, Əməkdar jurnalist, filologiya elmləri doktoru Aqşin Babayevin “Nazim və Azərbaycan” kitabı, Əməkdar İncəsənət Xadimi, şair Barat Vüsalın yaradıcılığı barədə yazılar, həmçinin şairə Zərəngiz Dəmirçi Qayalının yaradıcılığından nümunələr, eləcə də digər yazılar dərc olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2025 [12:13]
Muzey və qoruqlarda “açıq qapı” günüdür
- 18.04.2025 [12:07]
Uşaq İncəsənət Festivalında birinci seçim turu başlayır
- 18.04.2025 [10:56]
Kukla teatrında “Leylək və Müqəvva” tamaşasının premyerası olacaq
- 18.04.2025 [10:44]
Klassika ilə novatorluğun, keçmişlə müasirliyin vəhdəti
- 18.04.2025 [09:00]
Bu gün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
- 18.04.2025 [05:10]
İRS jurnalının ərəb dilində yeni nömrəsi işıq üzü görüb
- 17.04.2025 [22:01]
Milli Xalça Muzeyində “İkinci həyat” sərgisinin açılış mərasimi keçirilib
- 17.04.2025 [16:36]