Mixael Şumaxerin malikanəsi satışa çıxarılıb
Bakı, 14 aprel, AZƏRTAC
Əfsanəvi Formula 1 pilotu Mixael Şumaxerin malikanəsi satışa çıxarılıb.
AZƏRTAC Almaniyanın “Bunte” jurnalına istinadla xəbər verir ki, İsveçrənin Qlan şəhərində yerləşən lüks malikanə 58,7 milyon avro dəyərində qiymətləndirilir. Villanın sahəsi 20 min kvadrat metrdən çoxdur. Məlumatda bildirilir ki, evin satışından gələn pul Şumaxerin həftədə 56 min avroya başa gələn müalicəsinə gedə bilər. Bundan əvvəl ailənin 35 milyon avro dəyərində olan təyyarəsi müalicə məqsədilə satılıb.
Qeyd edək ki, 2013-cü ilin dekabrında yeddiqat dünya çempionu Alp dağlarında xizəklə sürüşərkən keçirdiyi qəza nəticəsində aldığı ağır kəllə-beyin travmasından sonra komaya düşüb və hazırda müalicəsini davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:11]
AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək
- 16.06.2026 [12:46]
“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb
- 16.06.2026 [12:40]
Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək
- 16.06.2026 [12:12]
Tunis millisinə yeni baş məşqçi təyin olunub
- 16.06.2026 [12:05]
Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir
- 16.06.2026 [11:50]
Bakıda keçiriləcək UFC turnirinə 67 ölkədən biletlər alınıb
- 16.06.2026 [11:22]