İQTİSADİYYAT
“Mobil Müştəri Xidmətləri” “ADA” Universitetində
Bakı, 14 aprel, AZƏRTAC
“Azercell Telekom” MMC tələbə və müəllimlərin rahatlığına yönəlik daha bir aksiyaya dəstək verir. Şirkətin “Mobil Müştəri Xidmətləri” 13 və 14 aprel tarixlərində səyyar “ASAN xidmət” və Vergilər Nazirliyi ilə birgə “ADA” Universitetində müəllim və tələbələrə xidmət aksiyasına qoşulub.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Mobil Müştəri Xidmətləri”nin təmsilçiləri Vüqar Namazov və Fuad Tahirov tələbə və müəllim heyətinə “ASAN İmza”ya qoşulma və “Azercell”in digər xidmətlərində dəstək göstəriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]