CƏMİYYƏT
Mobil telefonların ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 2 iyul, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonların ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn həmin ölkə vətəndaşının “DAF” markalı yük avtomobili saxlanılıb, sürücüsü şifahi sorğu-sual olunub. Bu zaman o, nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda olan və ölkəyə gömrük rəsmiləşdirilməsi üçün gətirdiyi “Toyota Prius” markalı avtomobilin baqajının sağ-sol ətraflarında gömrük nəzarətindən gizlədilən 8 ədəd “Samsung A 51 Prism Crush”, bir ədəd “Mi Note 10 Pro Aurora Green 8 GB” və “Mi Note 10 Pro Midnight Black 8 GB” markalı mobil telefon aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.