HEYDƏR ƏLİYEV - 1
Moldova portalı AZƏRTAC-ın xüsusi müxbirinin Ulu Öndərlə bağlı məqaləsini yayıb
![Moldova portalı AZƏRTAC-ın xüsusi müxbirinin Ulu Öndərlə bağlı məqaləsini yayıb](/files/2022/3/1200x630/16707502372333859211_1200x630.jpg)
Bakı, 11 dekabr, AZƏRTAC
Moldovanın “Timpul” xəbər portalında AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin Ümummilli Lider Heydər Əliyevlə bağlı məqaləsi dərc olunub.
Məqalədə Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən bəhs edilib. Qeyd olunub ki, müstəqil xarici siyasət yürüdən Azərbaycan bu gün müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi tanınır. Azərbaycan Cənubi Qafqazın geosiyasi məkanında lider dövlətdir. Ölkəmiz həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxtərəfli əlaqələr fonunda regionunun geosiyasi, geoiqtisadi və geostrateji təhlükəsizliyinə fundamental töhfə verməkdə, qlobal əməkdaşlıqda mərkəzi aktor rolunu oynamaqda davam edir. Qazanılan uğurların əsasında Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası və müdrikliklə düşünülmüş xarici siyasət kursu dayanır. Məhz bu strategiya sayəsində müstəqil Azərbaycan tarixən qısa müddətdə beynəlxalq münasibətlər sistemində layiqli yer tuta bilib, fikrinə hörmət edilən bir ölkə kimi böyük nüfuz qazanıb. Bu gün Azərbaycan Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanmaqda davam edir. Tariximizdə Heydər Əliyev erası davam edir, zamanın fövqündə dayanan Ulu Öndər ideyaları yaşayır, qalib gəlir. Nə qədər ki, Azərbaycan var, Ulu Öndərin adı və siyasi kursu yaşayacaq, ölkəmizin inkişaf salnaməsi parlaq səhifələrlə dolacaq.
Məqalədə Ulu Öndər Heydər Əliyevin dünya siyasətinə verdiyi töhfələr haqqında fikirlər də yer alıb.