Moldova prezident seçkilərinin ikinci turuna hazırlaşır
Kişineu, 14 noyabr, AZƏRTAC
Moldovada prezident seçkilərinin noyabrın 15-də keçiriləcək ikinci turu ilə bağlı seçki bülletenləri paylanılıb.
AZƏRTAC Moldova Mərkəzi Seçki Komissiyasının saytına istinadla xəbər verir ki, prezident seçkilərinin ikinci turu ilə bağlı 3 milyon 605 min 517 bülleten çap olunub. Seçki bülletenlərinin sayına uyğun olaraq koronavirusdan müdafiə üçün resurslar da paylanılıb.
Çap olunan seçki bülletenlərindən 671 min 500-ü ölkədən kənarda seçki məntəqələrinə göndərilib. 2 milyon 934 min 17-si isə Moldovada fəaliyyət göstərən seçki məntəqələri üçün nəzərdə tutulub.
Qeyd edək ki, prezident seçkilərinin ikinci turunda keçmiş Baş nazir Maya Sandu ilə hazırkı Prezident İqor Dodon mübarizə aparacaqlar. Sosial sorğularda birinci turda olduğu kimi bu dəfə də Maya Sandunun qələbə çalacağı qeyd olunur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]