MOLDOVA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VLADİMİR VORONİNƏ
Hörmətli Vladimir Nikolayeviç,
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və dost Moldova xalqını milli bayramınız - Müstəqillik günü münasibətilə ürəkdən təbrik edirəm.
Əminəm ki, ölkələrimiz arasında ikitərəfli qarşılıqlı faydalı əlaqələrin daha da inkişaf etməsi və möhkəmlənməsi, beynəlxalq və regional təşkilatlarda sıx qarşılıqlı əlaqə və qarşılıqlı dəstək bundan sonra da xalqlarımızın mənafeyinə, regionda sülh, sabitlik və tərəqqi işinə xidmət edəcəkdir.
Hörmətli Vladimir Nikolayeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə uğurlar, dost Moldova xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 15 avqust 2007-ci il.