Moldovada birinci dozada peyvənd olunan 300-dən çox insan koronavirusa yoluxub
Kişineu, 6 may, AZƏRTAC
Moldovada koronavirus əleyhinə birinci dozada peyvənd olunan 300-dən çox insan bu virusa yoluxub.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə Moldovanın Tibb Universitetinin epidemiologiya kafedrasının müdiri Anjela Paraskiv məlumat verib.
Onun sözlərinə görə, birinci doza koronavirusa yoluxmamağı sığortalamır.
“Moldovada 151 465 nəfər koronavirusa qarşı birinci dozada vaksin olunub ki, onlardan 332 nəfəri bu virusa yoluxub”, - deyə Ahjela Paraskiv əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]