MONQOLUSTANIN PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB NAMBARIN ENXBARAYA
Hörmətli cənab Prezident,
Monqolustanın milli bayramı - Xalq inqilabı günü münasibətilə Sizi və dost xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Monqolustan münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq, bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost Monqolustan xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 5 iyul 2005-ci il.