Monteneqro Elmlər və İncəsənət Akademiyasının prezidenti İqtisadiyyat İnstitutunda olub
Bakı, 3 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda Monteneqro Elmlər və İncəsənət Akademiyasının prezidenti, professor Draqon Vukçeviçlə görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə elmi müəssisənin direktoru Nazim Müzəffərli aparılan elmi-tədqiqat işləri, fundamental nəzəri araşdırmalarla bağlı məlumat verib. Direktor institutun innovativ tədqiqatları, iqtisadiyyatın liberallıq səviyyəsinin qiymətləndirilməsi və postneft iqtisadiyyatına keçidin göstəricilərinin müəyyənləşdirilməsi üzrə araşdırmalardan danışıb. O, bu tədqiqatların beynəlxalq ekspert icması üçün ciddi əhəmiyyət daşıdığını qeyd edib.
Tədbirdə 2019-2021-ci illərdə AMEA İqtisadiyyat İnstitutunda araşdırılması nəzərdə tutulan “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı və beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri” kompleks tədqiqat mövzusu ətrafında diskussiya aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:20]
Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır
- 11.06.2026 [18:17]
Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir
- 11.06.2026 [18:04]
Agentlik: Bu il 116 mindən çox şagird məzun olur
- 11.06.2026 [17:13]
Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub
- 11.06.2026 [16:30]
Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb
- 11.06.2026 [16:23]