Monteneqroda indiyədək koronavirusa 303 yoluxma faktı qeydə alınıb
Podqoritsa, 18 aprel, AZƏRTAC
Monteneqroda indiyədək koronavirusa 303 yoluxma və 5 ölüm faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, qeydə alınan xəstələrdən 34-ü xəstəxanaya alınıb, 55-i müalicə olunub, qalanları isə yüngül simptomlarla evlərindədir.
Ölkədə insanların sərbəst hərəkətinə axşam saat 7-dək icazə verilib. Habelə aptek, ərzaq və məişət, uşaq malları, tikinti, kənd təsərrüfatı məhsulları mağazaları və baytarlıq klinikaları da fəaliyyətinə adi qaydada davam edir.
Ölkədə mayın 2-dək limanlara xarici gəmilərin yan alması, xəstə ziyarətləri, qapalı məkanlarda qrup halında toplaşma, həbsxanaları ziyarət, məktəblərdə təhsil qadağandır, Bosniya və Herseqovina, Albaniya, Xorvatiya və Serbiya ilə sərhədlər bağlıdır. Bundan əlavə, ölkə vətəndaşlarının Yaponiya, Fransa, Almaniya, İsveçrə, Danimarka, Avstriya və Sloveniyaya gedib gəlmələri də qadağandır.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]