MOSKVA DÖVLƏT UNİVERSİTETİNİN NƏZDİNDƏ AZƏRBAYCAN PORTALI YARADILACAQ
Arif Rəhimzadə Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələrinin tarixindən danışmış, münasibətlərimizin dərinləşməsində elm xadimlərinin rolunu xüsusi vurğulamış, bu cür səfərlərin əlaqələrimizin inkişafına müsbət təsir göstərdiyini qeyd etmişdir.
Aleksey Vlasov demişdir ki, Moskva Dövlət Universitetinin nəzdindəki mərkəz postsovet məkanında baş verən ictimai-siyasi prosesləri öyrənir, məlumat bazası yaradır. Mərkəz Azərbaycanla da bağlı informasiya portalı yaratmaq niyyətindədir. Səfərdən məqsəd bu barədə məsləhətləşmələr aparmaq, əlaqələr qurmaqdır. Bundan başqa yaxın xarici ölkələrin tarixi kafedrasında Azərbaycanşünaslıq bölməsi yaradılacaq, Azərbaycan dili və Azərbaycan tarixi fənləri tədris olunacaqdır. Artıq bir neçə rus tələbə Azərbaycan dilini öyrənir. Kafedra, həmçinin azərbaycanlı tələbələri də mərkəzə və tədrisə cəlb etmək niyyətindədir.
Arif Rəhimzadə MDU-nin nəzdindəki mərkəzin Azərbaycanla bağlı portalın və yaxın xarici ölkələrin tarixi kafedrasında Azərbaycan dilinin, tarixinin öyrənilməsi ilə bağlı bölmənin yaradılması təşəbbüsünü yüksək qiymətləndirmişdir. O demişdir ki, Azərbaycanda rus dilinə böyük maraq vardır. Bakı Slavyan Universitetində Rusiyanın tarixi, mədəniyyəti, dili diqqətlə öyrənilir. MDU-də də belə bir bölmənin yaradılması müsbət haldır və Azərbaycan tərəfi bununla bağlı bütün yardımları göstərəcəkdir.
Sonra Milli Məclisin deputatları Elton Məmmədov, Elmira Axundova Azərbaycan ilə Rusiya arasında əlaqələrin tarixindən, münasibətlərimizin genişlənməsində elm xadimlərinin rolundan danışmışlar.