Moskva Kiyevdən əsir mübadiləsi üçün siyahını aldığını təsdiqləyib
Moskva, 23 may, AZƏRTAC
Rusiya “1000-in 1000-ə” formatlı əsir mübadiləsi üçün Ukraynadan siyahı aldığını təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.
Bundan əvvəl Peskov bəyan etmişdir ki, Moskva mübadilənin tezliklə baş verməsində maraqlıdır, lakin bu proses ciddi hazırlıq tələb edir. Onun sözlərinə görə, İstanbulda Rusiya ilə Ukrayna nümayəndə heyətləri arasında əldə olunan razılaşmalara əsasən əsir mübadiləsi yaxın günlərdə baş tutmalıdır.
Türkiyədə keçirilmiş danışıqların növbəti raundunun əsas mövzularından biri əsir mübadiləsi olub. Tərəflər həmçinin sülh və birbaşa dialoqun bərpa olunması məsələlərini də müzakirə ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:20]
Qırğızıstan BMT-nin Kağızsız Ticarət Şurasına yenidən sədr seçilib
- 09.06.2026 [14:51]
İndoneziyada Levotobi vulkanı yenidən püskürüb: hava limanı bağlanıb
- 09.06.2026 [14:47]
Kreml Ermənistan seçkilərinin rəsmi nəticələrini gözləyir
- 09.06.2026 [14:44]
Filippində dağıntılar altında sağ qalanların axtarışı davam edir
- 09.06.2026 [14:40]
Almaniyada hərbi çağırış yaşında olan ukraynalıların sayı kəskin artıb
- 09.06.2026 [14:31]