MOSKVADA AZƏRBAYCAN VƏ RUSİYA XARİCİ İŞLƏR NAZİRLƏRİNİN GÖRÜŞÜ OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 7-də Moskvada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun görüşü olmuşdur. Nazirlər Rusiya Prezidenti Dmitri Medvedevin iyulun 3-4-də Bakıya rəsmi səfəri zamanı siyasi, iqtisadi və humanitar sahələrdə əldə olunmuş razılaşmalar baxımından Azərbaycan-Rusiya münasibətlərinin vəziyyətini və perspektivlərini müzakirə etmişlər. RF XİN-dən bildirmişlər ki, regional və beynəlxalq vəziyyət barədə fikir mübadiləsi də aparılmışdır. Söhbət Azərbaycan-Rusiya münasibətlərinə xas olan səmimi dostluq şəraitində keçmişdir.
Xatırladaq ki, iki ölkənin xarici işlər nazirlərinin Rusiya tərəfinin dəvəti ilə keçirilən görüşü qapalı olmuşdur.