MOSKVADA MDB İQTİSADİ ŞURASI YANINDA İQTİSADİ MƏSƏLƏLƏR KOMİSSİYASININ İCLASI OLMUŞDUR
İclasda MDB dövlətlərinin büdcə vəsaitləri hesabına maliyyələşdirilən Birlik orqanlarının vahid büdcə layihəsi, 2004-cü ildə MDB orqanlarının smeta xərclərinin maddələri üzrə büdcə təsisatlarının yenidən bölüşdürülməsi məsələsi müzakirə edilmişdir. Komissiyanın əvvəlki iclasında qəbul edilmiş qərarların yerinə yetirilməsinin gedişi, MDB dövlətlərinin dəmir yol nəqliyyatında razılaşdırılmış tarif siyasətinin müəyyənləşdirilməsi konsepsiyasına dair MDB Hökumət Başçıları Şurası qərarının yerinə yetirilməsi, “Brest qalası” xatirə kompleksinin əsaslı təmiri və bərpasının maliyyələşdirilməsinə pay ödənişləri haqqında Hökumət Başçıları Şurasının qərarının layihəsi və 2010-cu ilədək olan dövrdə MDB-nin taxıl bazarının yaradılması və fəaliyyətinin əsas istiqamətləri layihəsi barədə məlumat da dinlənilmişdir.
İclasda Azərbaycan tərəfindən ölkəmizin Rusiyadakı səfiriliyinin ikinci katibi Atif Novruzov iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]