MOSKVADA MDB-NİN SƏHİYYƏ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ ŞURASININ NÖVBƏTİ İCLASI OLACAQDIR
Yanvarın 18-19-da Moskvada Müstəqil Dövlətlər Birliyinin Səhiyyə Sahəsində Əməkdaşlıq Şurasının XIII iclası keçiriləcəkdir. İclasda Azərbaycan Respublikasının Səhiyyə Naziri Əli İnsanovun başçılıq etdiyi nümayəndə heyəti də iştirak edəcəkdir.
Şuranın iclasının gündəliyində səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın müxtəlif sahələrinə dair 20 məsələ, o cümlədən MDB-nin üzvü olan ölkələrin əhalisinin sağlamlığının qorunması Konsepsiyası, üzv ölkələrin ərazilərinə idxal olunacaq potensial təhlükəli məhsulların gigiyenik qiymətləndirilməsi üzrə Saziş, falsifikasiya edilmiş dərman preparatları dövriyyəsinin qarşısının alınması və ləğvi haqqında Saziş, üzv ölkələrin əhalisinin reproduktiv sağlamlıq məsələlərinə dair vahid informasiya məkanı barədə Saziş layihələrinin müzakirəsi və imzalanması nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ-nin neft ehtiyatları azalıb
- [11:16]
Xəzərdə zəlzələ olub
- [07:20]