Moskvada sərnişin təyyarəsində eniş zamanı yanğın baş verib, ölənlər var VİDEO
Bakı, 5 may, AZƏRTAC
Moskvanın Şeremetyevo hava limanında “Moskva - Murmansk” reysi ilə hərəkət edən “Superjet 100” təyyarəsində eniş zamanı yanğın baş verib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, qəza enişi zamanı 13 nəfər ölüb.
Təyyarədə 72 sərnişin, 6 ekipaj üzvü olub.
Təyyarənin ekipajı bildirib ki, yanğın təyyarəni ildırım vurduğuna görə baş verib.
Sərnişinlər təxliyə edilib, hadisə yerinə təcili yardım maşınları cəlb edilib.