MOSKVADA YAŞAYIB-YARADAN AZƏRBAYCANLI ŞAİRİN YARADICILIQ GECƏSİ KEÇİRİLMİŞDİR
Universitetin rus dili kafedrası nəzdində fəaliyyət göstərən “Maraqlı görüşlər” klubunun təşkil etdiyi gecəni universitetin rektoru, professor Havar Məmmədov açaraq İlham Bədəlbəylinin ATU-nun məzunu olduğunu bildirmişdir.
Azərbaycan Yazıçılar Birliyi poeziya bölməsinin sədri, əməkdar incəsənət xadimi Çingiz Əlioğlu İlham Bədəlbəylinin yaradıcılığından, naşir-tərcüməçi kimi fəaliyyətindən danışmışdır.
Bildirilmişdir ki, hələ SSRİ dövründə Moskvada nüfuzlu nəşriyyatlarda işləmiş İ.Bədəlbəyli klassik və müasir şairlərimizin əsərlərinin rus dilinə tərcüməsi və nəşrində yaxından iştirak etmişdir.
Bədii yaradıcılıqla müntəzəm məşğul olan İ.Bədəlbəyli bir neçə şeir kitabının müəllifidir. O, həm də “Rusanova” nəşriyyatının və “Orion” jurnalının təsisçilərindəndir.
Tələbəlik xatirələrindən danışan İ.Bədəlbəyli şeirlərindən və tərcümələrindən nümunələr oxumuş, tədbir iştirakçılarının sullarını cavablandırmışdır.
Sonda İ.Bədəlbəyliyə “Maraqlı görüşlər” klubunun hədiyyəsi təqdim edilmiş, o, isə bu günlərdə çapdan çıxmış “Vernisaj” kitabını tədbir iştirakçılarına paylamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:40]
“GastroFest 2026” festivalı yekunlaşıb
- 10.10.2026 [11:55]
Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb
- 09.10.2026 [23:00]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [22:17]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [19:21]
Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub
- 09.10.2026 [17:55]