Moskvanın vağzal meydanında partlayış nəticəsində bir nəfər ölüb
Moskva, 24 fevral, AZƏRTAC
Moskvanın Savelovski vağzalı meydanında naməlum qurğunun partladılması nəticəsində bir yol polisi əməkdaşı həlak olub, digəri isə yaralanıb.
AZƏRTAC xəbər verir ki, təxminən saat 00:05-də naməlum şəxs Savelovski vağzalı meydanında xidməti avtomobildə olan yol polisi əməkdaşlarına yaxınlaşıb, daha sonra naməlum qurğu partlayıb.
Partlayış nəticəsində bir yol polisi əməkdaşı həlak olub, digəri isə xəstəxanaya yerləşdirilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, əraziyə baxış və müşahidə kameraları görüntülərinin araşdırılması nəticəsində məlum olub ki, partlayışı törədən şəxs hadisə yerində ölüb.
Rusiya İstintaq Komitəsi Rusiya Cinayət Məcəlləsinin 317-ci maddəsi (hüquq-mühafizə orqanı əməkdaşının həyatına sui-qəsd) və Rusiya Cinayət Məcəlləsinin 222.1-ci maddəsinin 1-ci hissəsi (partlayıcı qurğuların qanunsuz dövriyyəsi) üzrə cinayət işi açıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]