Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müasir dünyada inkar olunan beynəlxalq hüquq

Müasir dünyada inkar olunan beynəlxalq hüquq

Bakı, 9 yanvar, Rabil Kətanov, AZƏRTAC

Tanınmış amerikalı politoloq, keçmiş Dövlət katibi Henri Alfred Kissincer “Diplomatiya” əsərində yazır ki, “Neftə nəzarət edən xalqları, ərzağa nəzarət edən isə insanları nəzarətdə saxlayır”. Buradan belə nəticəyə gəlmək olar ki, dünya siyasəti çoxdandır ki, resurslar uğrunda mübarizəni azadlıq uğrunda mübarizə kimi qələmə verirlər.

AZƏRTAC xəbər verir ki, bir əsr yaşamış görkəmli siyasi xadim dünya siyasətinin dərinliklərinə bələd olduğu üçün onun fikri bugünkü dünyada özünü bütün çılpaqlığı ilə reallıqda göstərir. Uzağa deyil, elə XX əsrin sonlarında Azərbaycanın başına gətirilənlərə baxsaq, qlobal siyasətdə haqqın, hüququn, ədalətin, beynəlxalq norma və qanunların, həmçinin prinsiplərin sadəcə olaraq kağız üzərində olduğunu görürük.

Azərbaycanın ərazisi işğal edildi, ərazi bütövlüyü və suverenliyi pozuldu, əhalisinin bir qismi qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məhkum edildi. Lakin heç bir beynəlxalq təşkilat kəskin qərar qəbul etmədi, heç bir güclü dövlət Ermənistanın təcavüzünə “Dur!” demədi. BMT-nin dövlətlərin ərazi bütövlüyünün bölünməzliyini özündə ehtiva edən 2-ci maddəsi kobudcasına pozuldu. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılması tələb edilsə də, uzun illər bu qərarlar icrasız qaldı. Azərbaycana beynəlxalq aləmdə nəinki heç kəs yardım etmədi, əksinə ABŞ Konqresi yardımı qadağan edən 907-ci düzəlişlə onsuz da ağır olan sosial-iqtisadi vəziyyəti daha da ağırlaşdırdı.

Azərbaycan 30 ilə yaxın bu ədalətsizliyə dözərək iqtisadi potensialını, sosial inkişafını və ən başlıcası isə ordusunu gücləndirərək, 44 gün ərzində öz suverenliyini bərpa edərək torpaqlarını işğaldan azad etdi və məhz bundan sonra dünya birliyində layiqli yerini möhkəmləndirdi. Aydın oldu ki, dünya siyasətində “güclü haqlıdır” prinsipi qalan bütün beynəlxalq hüquq normalarından üstün tutulur.

Təsadüfi deyildir ki, ötən ilin oktyabrında Qəbələdə Türk Dövlətlər Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxış edən Prezident İlham Əliyev türk dövlətləri arasında hərbi əməkdaşlığın gücləndirilməsini və birgə hərbi təlimlərin keçirilməsini təklif edərək deyib: “Məlumdur ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir. Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm. Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir”.

Təşkilat üzvlərinə belə təklifin edilməsi təsadüfi xarakter daşımır. Azərbaycan və digər üzv dövlətlər yalnız hərbi-siyasi müttəfiqlik etməklə imperialist siyasət yürüdən dövlətlərin təzyiqinə qarşı dura bilərlər. Ayrı-ayrılıqda heç bir dövlət təkbaşına hərbi əməliyyatlarda qalib gəlmək şansına malik deyil. XIX əsrdə İngiltərə imperiyasının “parçala, hökm sür” siyasəti bu gün də aktuallığını itirməyib. Həmin siyasətin nümunəsi kimi bu gün Hindistan ilə Pakistanı göstərmək olar. Onlar parçalanmanın acı nəticəsini hələ də öz üzərlərində hiss edir, Kəşmir kimi həlli görünməyən münaqişəyə cəlb edildilər. Birliyin nümunəsi kimi isə Avropa İttifaqını göstərmək olar.

ABŞ-ın BMT-dəki keçmiş təmsilçisi, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Bolton “The Washington Post” qəzetinə verdiyi müsahibəsində deyib ki, “Beynəlxalq hüquq, həlli mümkünsüz məsələdir”. Onun fikrincə “bir sıra geosiyasi vəziyyətlərdə zor tətbiqi qəbul edilə bilər”. Beynəlxalq hüquq əsasən böyük dövlətlərin zor tətbiqini ört-basdır etmək üçün istifadə olunur. Yuxarıda qeyd etdiyimiz kimi 1992-ci ildə Azərbaycan işğala məruz qalması haqqında BMT-yə müraciət etdi və BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etdi. Lakin bu qətnamələr icra olunmadı və Azərbaycan ərazilərinin işğal altında qalması davam etdi. Lakin 1991-ci ildə ABŞ-ın müttəfiqi Küveytə təcavüz edən İraq barədə BMT-yə müraciət olundu və Təhlükəsizlik Şurası 660 saylı qətnamə ilə İraqa Küveyti tərk etməsi üçün 15 gün vaxt verildi. İraq bunu inkar etdikdən sonra 38 ölkə ABŞ liderliyində İraqa qarşı havadan və qurudan hərbi əməliyyatlara başladı və onu işğal etdiyi Küveyt ərazisindən çıxmağa məcbur etdilər.

Rusiya Konstitusiya Məhkəməsinin sədri, hüquq elmləri doktoru, professor Valeriy Zorkin hesab edir ki, SSRİ dağıldıqdan sonra dünya birqütblü oldu və güclü tərəf beynəlxalq hüququ inkar edərək öz maraqlarını təmin etmək üçün zor tətbiq etməyə başladı. Buna qarşı dura biləcək qüvvə olmadığı üçün geosiyasi mübarizədə haqlı və ya haqsız yerə zor tətbiqi davam edəcək.

Bu günlərdə “The New York Times” qəzetinə verdiyi müsahibəsində ABŞ Prezidenti Donald Tramp açıq şəkildə bəyan etdi ki, “Mənim üçün beynəlxalq hüquq normaları heç bir əhəmiyyət daşımır. Qərarların qəbulu zamanı mənəvi dəyərlərə üstünlük verirəm”.

Hələlik müasir dünyamızda beynəlxalq hüquq açıq-aşkar inkar edilir və geosiyasi proseslərdə “güclü haqlıdır” prinsipi işə salınır. Bunun nə qədər davam edəcəyini isə zaman göstərəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib