Müdafiə Nazirliyi: Türkiyə regionda öz hüquq və maraqlarını qorumağa davam edəcək
Ankara, 27 avqust, AZƏRTAC
Yunanıstanın Rodos adasında pilotsuz uçuş aparatları bazası yaratmaq cəhdləri bu adanın beynəlxalq statusuna ziddir və regionda mehriban qonşuluq prinsiplərinə zərər vuracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin avqustun 27-də Ankarada yayımlanan bəyanatında deyilir.
Nazirlik Türkiyənin regionda öz hüquq və maraqlarını qorumağa davam edəcəyinə əminliyini ifadə edib.
Bununla yanaşı, Ankara Afinanın “səhv praktikadan uzaqlaşmaq yolunda müsbət addım” kimi Karpatos adasından “Patriot” zenit-raket komplekslərini Krit adasına dislokasiya etmək barədə qərarını müsbət addım adlandırıb.
Türkiyə Yunanıstana məxsus demilitarizasiya edilmiş adaların statusunu dəqiq şəkildə tənzimləyən beynəlxalq sazişlərin qüvvədə olduğunu xatırladıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.08.2026 [14:35]
Almatı-Daşkənd qatarında qadınlar üçün ayrıca vaqon olacaq
- 27.08.2026 [14:26]
Nepalda sel fəlakəti zamanı azı 8 Almaniya vətəndaşı itkin düşüb
- 27.08.2026 [14:19]
Bitkoinin qiyməti 2029-cu ilin sonunadək 300 min dollara çata bilər
- 27.08.2026 [13:59]
Avropa İttifaqının yeni miqrasiya qaydaları sınaq qarşısındadır
- 27.08.2026 [13:51]
Nepalda daşqın nəticəsində ölənlərin sayı 270-ə çatıb VİDEO
- 27.08.2026 [13:37]
Çinin Baş naziri təbii fəlakət bölgəsinə gedib
- 27.08.2026 [13:31]
Nepalda dağıdıcı daşqın: Təxminən 1500 nəfər itkin düşüb
- 27.08.2026 [13:26]