Muğam müsabiqəsinin qalibi: Muğamlarımızın dünyada tanınması üçün daha böyük səylə çalışacağam

Bakı, 30 aprel, AZƏRTAC
Milli Muğam Müsabiqəsində iştirak etdim və münsiflər heyəti tərəfindən birinci yerə layiq görüldüm. Ustadım tanınmış muğam ifaçısı, Əməkdar artist Təyyar Bayramovdur. Münsiflər heyətinin bütün üzvlərinə təşəkkür edirəm. Müsabiqədə çox böyük rəqabət var idi. İlk olaraq müsabiqədə “Mahur-hindi” muğamını ifa etdim, sonra isə “Arazbarı” zərb muğamını oxudum. Görünür, ifam münsiflər heyətinin xoşuna gəldiyi ki, mən birincilik qazandım.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Muğam Müsabiqəsinin xanəndəlik üzrə qalibi Mirəli Sarızadə deyib.
2017-ci ildə Muğam Televiziya Müsabiqəsinin diplomantı olduğunu söyləyən M.Sarızadə Milli Muğam Müsabiqəsinin uzun fasilədən sonra bərpa olunmasını onun kimi gənc ifaçıların tanınması baxımından yüksək qiymətləndirib.
Ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcəyini bildirən Mirəli Sarızadə deyib ki, muğamlarımızın dünyada tanınması və təbliği üçün daha böyük səylə çalışacaq.
Qeyd edək ki, Milli Muğam Müsabiqəsi Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.04.2025 [22:01]
Milli Xalça Muzeyində “İkinci həyat” sərgisinin açılış mərasimi keçirilib
- 17.04.2025 [16:36]
Yağışlı aprelin günəşli “Ulduzu”
- 17.04.2025 [16:24]
“Əbədiyyətə qovuşan ömür” adlı tədbir keçirilib
- 17.04.2025 [14:53]
Aydın Kərimov: Şuşa şəhərində artıq 1400-ə yaxın sakin yaşayır
- 17.04.2025 [13:33]