Muhammadu Buhari yenidən Nigeriya Prezidenti seçilib
Bakı, 27 fevral, AZƏRTAC
Muhammadu Buhari yenidən Nigeriya Prezidenti seçilib. AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, ikinci dəfə dövlət başçısı seçilən M.Buhari müxalifətdən olan rəqibi Atiku Əbubakara qalib gəlib. Seçkilərin ilkin nəticələrinə görə, o, digər namizədi 2,9 milyon seçici səsi ilə üstələyə bilib. Nigeriyanın Seçki Komissiyasının məlumatına görə, Buhari seçicilərin 15,2 milyonunun (56 faiz), Atiku Əbubakara isə 11,3 milyonunun (35,6 faiz) səsini toplayıb.
M.Buhari səsvermənin yekunları elan edildikdən sonra əhaliyə etdiyi müraciətində təhlükəsizlik, iqtisadi inkişaf və korrupsiyaya qarşı mübarizə məsələlərini önə çəkib. Onun tərəfdarları, xüsusən gənclər paytaxt Abujanın mərkəzi meydanında dəstək aksiyaları keçiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]
Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
- 16.06.2026 [12:08]
Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib
- 16.06.2026 [12:03]
Konqoda Ebola virusuna yoluxanların sayı 808 nəfərə çatıb
- 16.06.2026 [11:59]
Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb
- 16.06.2026 [11:53]