Müstəqilliyin Bərpası Günü münasibətilə virtual sərgi hazırlanıb
Bakı, 18 oktyabr, AZƏRTAC
Milli Kitabxanada 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü” adlı sərgidə mövzu ilə bağlı fotolar, ölkəmizin müstəqillik tarixi, inkişaf yolu, xarici siyasəti ilə əlaqədar kitablar və dövri mətbuat səhifələrində dərc edilən məqalələr nümayiş olunur.
Virtual sərgi ilə linkindən istifadə edərək tanış olmaq mümkündür.
Ənənəvi sərgidə müstəqil Azərbaycanın tarixini, dövlətin suverenliyini, xalqımızın azadlığını, möhkəm iradəsini və həmrəyliyini təcəssüm etdirən Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Ənənəvi sərgi bir həftə davam edəcək.