“Mütaliə insanı kamilləşdirir” adlı videoçarx hazırlanıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası tərəfindən dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilmiş “Mütaliə insanı kamilləşdirir” adlı videoçarx hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, gəncləri daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağıran videoçarxda şairin əsərlərindən sətirlər səsləndirilib.
Qeyd edək ki, “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 25 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində AMEA-nın Tədbirlər planına əsasən, “Füzuli günləri” layihəsi çərçivəsində MEK-də ilboyu ənənəvi sərgi keçirilir və kitabxananın rəsmi saytında mövzu əsasında elektron məlumat bazası oxucuların istifadəsinə verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]
Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO
- 13.06.2026 [10:53]