Azərbaycan Dövlət İnformasiya Agentliyi

Muxtar respublika bələdiyyələrinə yeni kommunal təyinatlı texnikalar verilib

Naxçıvan, 8 iyun, AZƏRTAC

Muxtar respublikada həyata keçirilən kompleks quruculuq işlərinin nəticəsidir ki, bütün yaşayış məntəqələri həm müasir görkəm alır, həm də təmizliyi və abadlığı ilə diqqəti cəlb edir. Eyni zamanda, yaşayış məntəqələrində kommunal xidmətlərin yaxşılaşdırılması, məişət tullantılarının yığılması və daşınması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Görülən bu işlər bələdiyyələrin fəaliyyətinin gücləndirilməsinə də töhfə verir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 8-də muxtar respublika bələdiyyələrinə kommunal təyinatlı 13 traktor və qoşqusu təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov çıxış edərək deyib ki, muxtar respublikanın kənd və qəsəbələrində bələdiyyələr üçün müasir tələblərə cavab verən kommunal təyinatlı texnikalar alınır, onlar öz ərazilərində məişət tullantılarının yığılması, müvafiq sahələrə daşınması və zərərsizləşdirilməsini həyata keçirirlər. Son 4 il ərzində Ali Məclis Sədrinin tapşırığına əsasən 75 kommunal təyinatlı texnika, 4 xidməti minik avtomobili, 1360 məişət tullantısı konteyneri bələdiyyələrin və kommunal təsərrüfatı idarələrinin istifadəsinə verilib. Bələdiyyələr öz işləri ilə yanaşı, qonşu bələdiyyə ərazilərinə də müqavilə əsasında xidmət göstərmə imkanına malikdirlər. Bu gün təqdim olunan texnikaların vəsaiti bələdiyyələrin öz yığımları və gəlirləri hesabına ödənilib. Səbuhi Məmmədov yaradılan şəraitə görə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Ölkəmizdə bələdiyyələrin fəaliyyəti “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Buna uyğun olaraq muxtar respublikada da tədbirlər görülür, bələdiyyələr üçün lazımi şərait yaradılır. Bu gün muxtar respublikada 170 bələdiyyə var. Kənd mərkəzlərində icra nümayəndəliyi, bələdiyyə, tibb xidməti, poçt məntəqəsi, rabitə evi, sahə müvəkkili, kitabxana və digər sahələr bir mərkəzdən əhaliyə xidmət göstərir. Hər bir ərazinin idarəetmə qurumları olmalıdır. Bələdiyyələr də əhali tərəfindən seçilmiş və fəaliyyətləri təmin olunmuş orqandır. Ancaq onların fəaliyyətinin təmin olunması üçün dövlət dəstəyinə ehtiyac var. Ona görə də ərazidə kənd mərkəzləri qurularkən bələdiyyələr üçün də iş şəraiti yaradılır. Muxtar respublikanın bələdiyyələri qanunvericiliyə uyğun olaraq müxtəlif istiqamətlərdə fəaliyyət göstərirlər. Bunlardan biri də kommunal xidmətlərin göstərilməsidir. Artıq bu fəaliyyət sahəsi özünü doğruldub. Ona görə də bələdiyyələr üçün lazımi şərait yaradılır, texnikalar, təmizlik qutuları alınıb verilir.

Ali Məclisin Sədri işini günün tələbləri səviyyəsində quran bələdiyyələrə təşəkkür edərək deyib: Bələdiyyələrin istifadəsinə verilən texnikalar fəaliyyətlərini xeyli yaxşılaşdıracaq, ərazidə abadlıq və təmizlik işlərinin vaxtında aparılmasını təmin edəcəkdir. Lakin bələdiyyələrin fəaliyyəti bununla məhdudlaşmamalı, rayon və şəhər icra hakimiyyətləri bələdiyyələrlə sıx əməkdaşlıq etməli, illik proqramlar tərtib olunmalı, fəaliyyət proqramları hazırlanıb həyata keçirilməlidir. Bu gün yerlərdə müxtəlif işlər həyata keçirilir, kaptajlar, artezian quyuları qazılır, əhalinin su təminatını yaxşılaşdırmaq üçün kəhrizlər təmizlənir, içməli su şəbəkələri qurulur, abadlıq işləri aparılır, yollar, qaz, elektrik xətləri yenilənir. Bütün bunların qorunmasında, səmərəli istifadəsində bələdiyyələr də iştirak etməlidirlər.

Ali Məclisin Sədri deyib: Muxtar respublikada hər il yaz-payız iməcilikləri keçirilir. Lakin bu günə qədər bəzi bələdiyyələr istisna olmaqla, digər bələdiyyələr tərəfindən iməciliklər təşkil olunmamış, yaşıllaşdırma işlərinə, bələdiyyə bağlarının salınmasına təşəbbüs göstərilməmişdir. Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsində də nöqsanlar vardır. Bələdiyyələrlə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti arasında heç bir əməkdaşlıq yoxdur. Hər il əkinəyararlı bələdiyyə torpaqları icarəyə verilməli, ərazinin iqlim və torpaq xüsusiyyətlərinə uyğun bitkilər əkilməli, yerli icra hakimiyyətləri və bələdiyyələr bu işdə məsuliyyəti artırmalıdırlar. Rayon və şəhər icra hakimiyyətləri yaradılan şəraitdən səmərəli istifadə etməli, yerli özünüidarəetmə orqanı olan bələdiyyələr əhali ilə sıx işləməli, muxtar respublikada, ölkəmizdə həyata keçirilən bütün tədbirlərdə onların fəaliyyəti təmin olunmalıdır. Bələdiyyələr sudan istifadəyə, yaşıllıqların qorunmasına nəzarət etməli, ərazidə əhalinin istifadəsində olan nə varsa, onların qorunmasına və səmərəli istifadəsinə nail olmalıdırlar. Bir sözlə, bu sahədə fəaliyyət qanunauyğun təşkil edilməli, bələdiyyələrin fəaliyyəti daha da genişləndirilməlidir.

Ali Məclisin Sədri bələdiyyələrin yaradılan şəraitdən səmərəli istifadə edəcəklərinə və qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəklərinə əminliyini bildirib, onlara işlərində uğurlar arzulayıb.

Şahbuz rayon Keçili bələdiyyəsinin sədri Əli Kərimov yaradılan şəraitə görə bələdiyyələr adından minnətdarlıq edib, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində səylə çalışacaqlarına söz verib.

Sonra texnikalara baxış olub. Məlumat verilib ki, yeni kommunal təyinatlı 13 traktor və qoşqusu Şərur rayonunun Çərçiboğan, Püsyan, Mahmudkənd, Babək rayonunun Nehrəm, Cəhri, Ordubad rayonunun Nüsnüs, Biləv, Culfa rayonunun Yaycı, Saltaq, Şahbuz rayonunun Keçili, Ağbulaq, Kəngərli rayonunun Xıncab və Sədərək rayonunun Dəmirçi bələdiyyələrinin istifadəsinə verilir. Yeni texnikalar qeyd olunan yaşayış məntəqələrində əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəldəcək, məişət tullantılarının vaxtında daşınmasına şərait yaradacaqdır.

Ali Məclisin Sədri təmizlik işlərinin diqqətdə saxlanılması, texnikalardan səmərəli istifadə olunması, sudan istifadə ilə bağlı əhali arasında maarifləndirmə işlərinin aparılması barədə tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan nefti 124 dollara satılır

® İRİA və Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında birgə fəaliyyət planı elan olundu

Bu gün Ümumdünya Yaşayış Məskənlərinin Mühafizəsi Günüdür

BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri davam etdirilir

ABŞ hipersəs raketinin uçuş sınağını keçirib

Bu gün Ümumdünya Serebral İflic Günüdür

Dünya bazarında qızıl ucuzlaşıb

Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp “The New York Times” qəzetinin bağlanacağını bildirib

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib