Muxtar respublikanın paralimpiyaçıları uğurlu nəticələr əldə ediblər
Naxçıvan, 16 noyabr, AZƏRTAC
Muxtar respublika paralimpiyaçıları ötən həftə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Sumqayıt şəhərində baş tutan VI Uşaq Paralimpiya İdman Oyunlarında pauerliftinq (ağırlıqqaldırma) idman növü üzrə yarışlarda uğurla iştirak ediblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının idmançıları Həsən Qasımov II, Mehdi Quliyev isə III yerə layiq görülməklə, yarışın mükafatçıları sırasına daxil olublar.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası tərəfindən məhdud fiziki imkanlı şəxslərin idman həyatına inteqrasiyası, istedadlı idmançıların aşkara çıxarılması üçün ardıcıl tədbirlər həyata keçirilir, onların iştirakı ilə idmanın müxtəlif növləri üzrə yarışlar və yoldaşlıq görüşləri təşkil edilir. Muxtar respublikada keçirilən tədbirlərlə yanaşı, paralimpiyaçılarımızın ölkə və beynəlxalq miqyaslı yarışlarda iştirakı da diqqət mərkəzində saxlanılır.