MUZEY EKSPONATLARLA ZƏNGİNLƏŞİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Ağcabədi rayon tarix-diyarşünaslıq muzeyində qədim dövrlərdən bəri xalqımızın tarixini əks etdirən 4 minə qədər müxtəlif eksponat toplanmışdır.
Muzeyin salonlarından biri ümummilli liderimiz Heydər Əliyevin ömür yoluna həsr olunmuşdur. Burada görkəmli şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən fotostend yaradılmış, hikmətli sözləri, müdrik fikirləri toplanmışdır.
Muzeydə Ü.Hacıbəyov, Cəlil Məmmədquluzadə, Həmidə xanım Cavanşir və digər tanınmış şəxsiyyətlərin həyat və fəaliyyətilə də tanış olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]
Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti
- 15.06.2026 [10:57]