Muzeydə karantin rejiminin qaydalarına riayət edilməklə “Açıq qapı” günü təşkil olunub
Bakı, 18 may, AZƏRTAC
Mayın 18-də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialında Beynəlxalq Muzeylər Günü münasibətilə karantin rejiminin qaydalarına riayət olunmaqla “Açıq qapı” günü keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, gün ərzində rayonun idarə və təşkilatlarından, mədəni-maarif müəssisələrindən xeyli sayda ziyarətçi muzeyin fəaliyyəti, sərgi və ekspozisiyaları ilə tanış olub. Muzeyin əməkdaşları tamaşaçılara klassik ədəbiyyatımızın görkəmli nümayəndələri haqqında ətraflı məlumat verib, onların suallarını cavablandırıblar.
Ziyarətçilər muzeyin rəy və təkliflər kitabına ürək sözlərini yazıblar.
Xatırladaq ki, hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü qeyd olunur. Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunan bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Gününün devizi “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik”dir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]