MUZEYLƏRİN BEYNƏLXALQ ƏMƏKDAŞLIĞI GENİŞLƏNİR
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Azadə Hüseynova 2006-2007-ci illərdə muzeylər arasında Beynəlxalq Əməkdaşlıq Proqramı çərçivəsində Vaşinqton Toxuculuq Muzeyi (VTM) ilə AXTSDM arasında əlaqələrdən söhbət açmışdır.
Bildirilmişdir ki, bir sıra muzeylərin əməkdaşları ABŞ-ın ölkəmizdəki səfirliyinin köməyi ilə Proqram çərçivəsində Birləşmiş Ştatlara ezam edilmiş, respublikanın 17 rayonunda müasir avadanlıqla təchiz olunmuş kitabxanalar açılmışdır. ABŞ səfirliyi onların fonduna 15 min kitab və material vermişdir. Bir çox əcnəbi musiqiçilər Bakıya gəlmiş, caz festivalları keçirilmişdir.
AXTSDM-nin direktoru Röya Tağıyeva demişdir ki, VTM ilə birlikdə toxuculuq və xalça məmulatının mühafizəsi və saxlanılmasına dair vahid sistemin layihəsi hazırlanmışdır. Layihədən məqsəd veb sayt - iki hissədə soraq kitabı yaratmaqdır. Toxuculuq və xalça məmulatı kolleksiyaları haqqında informasiyanı toplayaraq arxivə vermək, habelə kolleksiyaları hifz etmək üçün müasir mühafizə və konservasiya üsullarından istifadə olunması nəzərdə tutulur. Bu işdə təcrübə mübadiləsi mühüm rol oynayır.
Təcrübə mübadiləsi üçün Bakıya gələn VTM-in arxiv müdiri Reyçel Şabika çıxışında bildirmişdir ki, muzeylərin qarşılıqlı fəaliyyəti 2007-ci ildə də davam etdiriləcəkdir.