Azərbaycan Dövlət İnformasiya Agentliyi

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialında ənənəvi “Açıq qapı” günü keçirilib

Bakı, 21 aprel, AZƏRTAC

Aprelin 21-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı Filialında ənənəvi “Açıq qapı” günü keçirilib.

AZƏRTAC xəbər verir ki, universitetin foyesində abituriyentləri maraqlandıran informasiya, Filiala qəbul qaydalarına və burada tədris sisteminə dair ədəbiyyat və kitabçalar olan stendlər qoyulub. Abituriyentlər bu universitetə 2018/2019-cu tədris ili üçün qəbul imtahanlarının şərtləri və qaydaları ilə tanış ola, filologiya, kimya, riyaziyyat, psixologiya, iqtisadiyyat, fizika fakültələrində bakalavr hazırlığı barədə ətraflı informasiya ala biliblər. Qeyd edilib ki, filologiya fakültəsinin bazasında rus dili və ədəbiyyatı, habelə müasir Qərbi Avropa dilləri (ingilis, fransız, italyan, ispan dilləri və ədəbiyyatı) bölmələri fəaliyyət göstərir. İqtisadiyyat fakültəsinin iki bölməsində - iqtisadiyyat və menecment bölmələrində mütəxəssislər hazırlanır. Filialın magistratura bölməsinə qəbul filologiya, riyaziyyat və kompüter elmləri, kimya, psixologiya, iqtisadiyyat (beynəlxalq biznes) istiqamətləri üzrə həyata keçirilir. M.V.Lomonosov adına MDU-nun Bakı Filialında ənənəvi “Açıq qapı” günü adətən abituriyentlərin və onların valideynlərinin böyük marağına səbəb olur. Tədbirə qatılan altı yüzdən çox iştirakçı üçün universitetin iki zalı ayrılıb.

MDU-nun mexanika-riyaziyyat fakültəsinin ümumi topologiya və həndəsə kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Yuri Sadovniçi görüşü açaraq, abituriyentləri və onların valideynlərini salamlayıb. O, çıxışında vurğulayıb ki, M.V.Lomonosov adına MDU-nun Bakı Filialı 2008-ci ildə Azərbaycan Prezidentinin Fərmanı ilə yaradılıb və bu tədris ilində Filialın onuncu ildönümü tamam olur.

O deyib: “M.V.Lomonosov adına MDU-nun Bakı Filialının rektoru, akademik Nərgiz Paşayevanın sayəsində bu on il ərzində universitet böyük nailiyyətlər əldə edib. Filialın fəaliyyəti üç fakültədən - tətbiqi riyaziyyat, kimya və filologiya fakültələrindən başlayıb. Sonralar universitetin təhsil sahəsi genişləndikcə, psixologiya, iqtisadiyyat və fizika fakültələri açılıb. 2012-ci ildə Xocasən qəsəbəsində mükəmməl kampus inşa edilib. Tələbələrin dərin biliklərə yiyələnməsi, istirahəti və yaşaması üçün burada hər cür şərait yaradılıb. Filialın tədris fəaliyyəti M.V.Lomonosov adına MDU-nun tədris planları və proqramları üzrə və innovativ texnologiyalardan və metodlardan istifadə olunmaqla həyata keçirilir. Beləliklə, Filialın tələbələri Bakını tərk etmədən Moskva Dövlət Universitetində təhsil alırlar. Bakı Filialının məzunlarına M.V.Lomonosov adına MDU-nun diplomu təqdim edilir. MDU-nun diplomu bütün dünyada tanınır. Odur ki, universitetin məzunları işlə təmin olunmaq, təhsilini nüfuzlu xarici ali məktəblərdə davam etdirmək üçün gözəl imkan əldə edirlər. Filialda təhsil əvvəlcə dörd il ərzində bakalavriat proqramı üzrə aparılır, sonra arzu edənlər iki il ərzində magistraturada oxuya bilərlər. Filialda əsasən MDU-nun professor-müəllim heyəti dərs deyir. Özlərini elmi fəaliyyətə həsr etmək istəyənlər təhsillərini aspiranturada, Moskvada davam etdirə bilərlər”.

Filialda həm tələbələr, həm də müəllimlər üçün hər cür şərait yaradılıb. Onun çox zəngin kitabxanası var. Kimya, fizika və psixologiya fakültələri nəzdində 20 laboratoriya ən müasir avadanlıqla təchiz edilib. Bu avadanlıq tədris prosesini və elmi-tədqiqat işi ilə bağlı məşğələləri təmin etmək üçün zəruri olan, demək olar, istənilən mürəkkəb eksperimental tədqiqatlar aparmağa imkan verir. Filialın tələbələri texniki cəhətdən təchiz edilmiş geniş auditoriyalarda təhsil alırlar. Kampusda idman kompleksi var, arzu edənlər yataqxana ilə təmin olunur. Filialın kampusunda 2012-ci ildən fəaliyyət göstərən yataqxanalarla bərabər, Moskvadan gəlmiş müəllimlər üçün daha bir yeni, üçmərtəbəli yataqxana binası ötən il inşa edilərək istifadəyə verilib. Hazırda kampusun yataqxanalarında 200-dən çox tələbə və MDU-nun 80 müəllimi yaşayır.

MDU-nun Bakı Filialının qəbul komissiyasının məsul katibi, fizika-riyaziyyat elmləri namizədi Denis İlyutko qəbul qaydaları haqqında ətraflı məlumat verib. Filialda iyulun 6-dan 12-dək keçiriləcək qəbul imtahanlarına buraxılmaq üçün abituriyentlər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi birinci (yaz) imtahanda hər hansı ixtisas qrupu üzrə bakalavriat proqramı ilə ali məktəbə qəbul olunmaq üçün 300 və ya daha çox bal toplamalıdırlar. Özü də toplanmış ballar yalnız imtahana buraxılmağa imkan verir və Filiala daxil olan zaman toplanan balların üzərinə əlavə olunmur, yəni universitetə qəbul əlavə imtahanlar verməklə, müsabiqə əsasında aparılır.

Bir fakültəyə (bir neçə tədris proqramına, yaxud bir neçə hazırlıq istiqamətinə, yalnız bir fakültə çərçivəsində. Bu zaman prioritet göstərilir) yalnız bir ərizə verilə bilər. Birinci kursa qəbul haqqında ərizə elektron formada verilir. Ərizə forması www.msu.az saytında, yaxud http://dim.gov.az/ saytında doldurulur. Elektron-rəqəmsal imza olmadıqda, sənədləri rahat şəkildə vermək üçün abituriyent www.msu.az saytında, yaxud DİM-in http://dim.gov.az / saytında qeydiyyata düşə bilər.

Qəbul imtahanlarından kəsilən abituriyentlər DİM-in Azərbaycanın başqa ali məktəblərinə qəbul üzrə keçirdiyi müsabiqədə iştirak edə bilərlər. Filiala qəbul olunmuş şəxslər DİM siyahılarından çıxarılır və Azərbaycanın digər ali məktəblərinə daxil olmaq üçün müsabiqələrdə iştirak etmirlər. Tədbirdə magistraturada təhsil almağın qaydaları barədə də məlumat verilib.

M.V.Lomonosov adına MDU-nun aparıcı müəllimləri - fizika-riyaziyyat elmləri doktoru, MDU-nun fizika fakültəsinin ümumi fizika kafedrasının müdiri, MDU-nun fizika fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə cavabdeh olan professor Aleksandr Saletski, MDU-nun psixologiya fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə cavabdeh olan Leonid Nikolayeviç Babanin, MDU-nun filologiya fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə məsul olan Valeriya Baqryantseva, kimya elmləri doktoru, professor Aleksey Kopılov, fizika-riyaziyyat elmləri doktoru, MDU-nun mexanika-riyaziyyat fakültəsinin professoru Qriqori Aleksandroviç Çeçkin, MDU-nun iqtisadiyyat fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə məsul olan Ceyhun Hüseynov abituriyentlərə və onların valideynlərinə filologiya, kimya, riyaziyyat, psixologiya, iqtisadiyyat, fizika fakültələrinə qəbul qaydaları və həmin fakültələrin tədris fəaliyyətindən danışıb, onları maraqlandıran suallara cavab veriblər.

Tədbirin rəsmi hissəsindən sonra Xocasəndə universitetin kampusunda abituriyentlər və onların valideynləri üçün ekskursiya təşkil edilib və fakültələrin təqdimatı keçirilib.

Universitetin fəaliyyəti ilə www.msu.az  saytında daha ətraflı tanış ola, maraqlandığınız bütün suallar üçün [email protected]  elektron poçtu vasitəsilə müraciət edə bilərsiniz.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

Dünya çempionatı Meksika-CAR oyunu ilə start götürüb

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

Medianın İnkişafı Agentliyində məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş olub

Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub

Pentaqonda təhlükəli maddə ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

Hikmət Quliyev: Milli Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün tam bərpasıdır

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq

Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib

Futbol üzrə dünya çempionatının açılış mərasimi başlayıb

Riqada “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” kitabı təqdim olunub

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB

Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək

® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub

Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib

Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Qlobal maliyyə sistemində İslam maliyyəsinin yüksəlişi Azərbaycan üçün hansı yeni imkanlar yaradır?

Kiyev “Patriot” raketləri əldə etmək üçün Avropa Komissiyasının icazəsini almalıdır

UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub

bp: Azərbaycan gələcəyin texnologiyalarının yaradılması məkanına çevrilə bilər