NAHAR SÜFRƏSİ ARXASINDA İŞGÜZAR SÖHBƏT
Sentyabrın 29-da “Hyatt Park” hotelində Finlandiya Respublikasının Prezidenti xanım Tarya Halonenin Azərbaycanın Baş naziri Artur Rasizadə ilə nahar süfrəsi arxasında işgüzar söhbəti olmuşdur.
Finlandiyanın dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə görüşünün onda olduqca xoş təəssürat yaratdığını söylədi, Bakının xeyli gözəlləşib inkişaf etdiyini vurğuladı, ölkəmizə gəldiyi ilk anlardan gördüyü qonaqpərvərliyə görə respublika rəhbərliyinə təşəkkürünü bildirdi.
Ali qonaq Azərbaycan hökumətində qadınların necə təmsil olunması ilə maraqlandı.
Baş nazir Azərbaycanda fin xalqına qarşı həmişə yüksək münasibət bəsləndiyini, hər iki xalqı tarixən birləşdirən amillərin, iqtisadi-mədəni əlaqələrin inkişafı üçün əlverişli imkanların olduğunu vurğuladı.