Nahidə Bəkirova: Numizmatika Muzeyində 200-ə yaxın tarixi sikkə nümayiş etdirilir
Bakı, 17 iyul, AZƏRTAC
İçərişəhərdə fəaliyyətə başlayan Numizmatika Muzeyinin ekspozisiyasında müxtəlif tarixi dövrlərə aid 200-ə yaxın sikkə nümayiş etdirilir. Bu eksponatlar Azərbaycanın siyasi tarixini, dövlətçilik ənənələrini, diplomatik əlaqələrini, eləcə də ölkənin iqtisadi və mədəni inkişafını əks etdirən qiymətli tarixi nümunələrdir.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “İçərişəhər” Muzey Mərkəzinin direktor müavini Nahidə Bəkirova məlumat verib.
Onun sözlərinə görə, ekspozisiya hazırlanarkən müxtəlif yaş qruplarının maraqları nəzərə alınıb. Xüsusilə uşaqlar üçün yaradılan xüsusi guşədə kiçik ziyarətçilər numizmatika elmi ilə interaktiv və əyləncəli formada tanış ola biləcəklər.
Nahidə Bəkirova bildirib ki, ekspozisiyanın ən maraqlı bölmələrindən biri də qədim sikkələrin zərb edilməsi prosesinin canlandırıldığı emalatxanadır. Burada ziyarətçilər qədim dövrlərdə sikkələrin necə hazırlandığını izləməklə yanaşı, xüsusi zərb alətindən istifadə edərək öz xatirə sikkələrini hazırlamaq imkanı da əldə edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [15:55]
Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib
- 07.08.2026 [14:43]
Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb
- 07.08.2026 [12:48]
Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova
- 07.08.2026 [11:46]
Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub
- 07.08.2026 [11:12]
Kətanda əbədiləşən Azərbaycan sevgisi
- 06.08.2026 [17:42]