NAMİBİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HİFİKEPUNYE POHAMBAYA
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və xalqınıza təbriklərimizi yetirirəm.
Ümidvaram ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 12 mart 2007-ci il.