“NAR MOBİLE” ŞƏBƏKƏSİ BAZA STANSİYALARININ ÜMUMİ SAYI 360-A ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, “Azerfon” MMC (“Nar Mobile” ticarət nişanı) avqust və sentyabr aylarında Abşeron yarımadası, Bakı, Ağcabədi, Ağstafa, Qax, Lerik, Saatlı, Sabirabad, Salyan, Şəki, Şəmkir, Tovuz, Dəvəçi və Şamaxıda yeni baza stansiyaları quraşdırmışdır. Beləliklə ölkə ərazisinin 80 faizini keyfiyyətli və sərfəli rabitə ilə təmin edən baza stansiyalarının sayı 360-a çatmışdır.
“Nar Mobile” sürətlə inkişaf edib əhatə dairəsini artıraraq öz abonentlərinin tam rahatlığı üçün bazarda yeni təkliflər və texnoloji həllər tətbiq etməkdədir.