Azərbaycan Dövlət İnformasiya Agentliyi

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilməkdədir

Bakı, 28 avqust, AZƏRTAC

Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən qlobal problemlərdən biridir. Bu problem insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurur, sosial-iqtisadi inkişafa mənfi təsir göstərir, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır, cinayətkarlığın artmasına səbəb olur.

AZƏRTAC Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Fəqan Şahverdiyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilməkdədir” sərlövhəli məqaləsini təqdim edir.

Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması dövlətin əsas prioritetlərindən birinə çevrilib. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş sayca dördüncü “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-ci illər üçün Dövlət Proqramı” hazırda uğurla icra olunmaqdadır. Dövlət Proqramı ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsinə, antinarkotik təbliğat, narkotiklərin qanunsuz alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə, sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, cəza tədbirlərinin səmərəliliyinin öyrənilməsi üçün elmi və praktik araşdırmaların aparılması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və digər geniş miqyaslı məsələlərin həllinə əhəmiyyətli təsirini göstərməkdədir.

Eyni zamanda, ölkəmizin narkotiklərlə mübarizə üzrə beynəlxalq təşəbbüslərdə iştirakı daha intensiv xarakter alıb, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsini tənzimləyən normativ hüquqi baza təkmilləşdirilib, beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində müvafiq işlər görülüb.

Hüquq-mühafizə orqanları müasir telekommunikasiya və informasiya vasitələrinin imkanlarından istifadə etməklə, qanunsuz idxal-ixrac və tranzit daşıma marşrutlarını birlikdə təhlil edib və həmsərhəd dövlətlərdəki narkoşəraitin ölkədaxili vəziyyətə təsirini nəzərə alaraq, adekvat tədbirlər görüb, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların preksursorlarının ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısının alınması üçün bir sıra qabaqlayıcı profilaktik və əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Belə ki, bu ilin altı ayında narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2893 fakt aşkarlanıb. Onlardan 1015-i narkotik vasitələrin qanunsuz satışı, 1665-i qanunsuz əldə edilib saxlanılması, 170-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya edilməsi, 43-ü isə digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunan 2 ton 309 kiloqram 543,2 qram narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 460 kiloqram 615,3 qramını heroin (63,2 faiz), 524,2 kiloqramını marixuana (22,6 faiz), 168 kiloqram 675,3 qramını tiryək (7,3 faiz), 20 kiloqram 469,8 qramını həşiş (0,8 faiz), 394 qramını kokain (0,01 faiz) narkotik vasitələr, 135 kiloqram 091,2 qramını psixotrop maddələr və digərləri (5,8 faiz) təşkil edib. Həmçinin hesabat dövründə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 926,5 hektar sahədən çəkisi 90 ton 163 kiloqram olan 271 min 712 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyənləşdirilərək müvafiq qaydada məhv edilib.

Hesabat dövründə cinayət məsuliyyətinə 1933 nəfər cəlb olunub. Onlardan 4-ü 16-18 yaşadək, 170-si 18-25 yaşadək, 341-i 26-29 yaşadəkdir. Otuz yaş və ondan yuxarı isə 1418 nəfər təşkil edir. Məsuliyyətə cəlb olunanlardan 85-i fəhlə, 2-si nəqliyyat, 3-ü kənd təsərrüfatı işçisi, 9-u əvvəllər xüsusi qeydiyyatda olan, 545-i əvvəllər cinayət törətmişlər, 1307-si işləməyəndir. Məsuliyyətə cəlb olunanlardan 1890-ı kişi, 43-ü qadındır. Bundan başqa, həmin şəxslərin 49-u xarici ölkə vətəndaşıdır. Əcnəbilərdən 25-i İran, 8-i Gürcüstan, 13-ü Rusiya, 2-si Qazaxıstan, 1-i Pakistan vətəndaşı olub. Onlardan ümumi çəkisi 448,3 kiloqram olan müxtəlif növ narkotik vasitə, 13 kiloqram 314,8 qram psixotrop maddə, 950 qram həb, 98 kiloqram 028,7 qram (635 ədəd) çətənə bitkisi götürülüb.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə ümumilikdə cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin sayı 4732, ötən altı ayda bu növ cinayətlərə görə həbs olunmuşların sayı 1661, narkomaniyadan məcburi müalicə təyin edilmiş məhkumların sayı 2740 nəfərdir.

Hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin qaçaqmalçılıq yolu ölkə ərazisinə gətirilməsi ilə bağlı 143 fakt aşkarlanıb. Həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 289,1 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Ümumilikdə aşkarlanmış cinayətlərin 194-ü qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 769,6 kiloqram narkotik vasitələr müsadirə edilib. Qeydə alınmış cinayətlərin 822-si isə əvvəllər cinayət törətmiş şəxslər tərəfindən törədilib və onlardan 208,4 kiloqram müxtəlif növ narkotik vasitələr götürülüb.

Təhlil göstərir ki, ötən ilin birinci yarısı ilə müqayisədə bu ilin müvafiq dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkarlanan faktların sayı 340, qanunsuz satışı ilə bağlı faktların sayı 308, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 13, qrup şəklində törədilmiş cinayətlərin sayı 47 faktdır. Ümumilikdə aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 658 kiloqram 793,9 qram, yabanı halda müəyyənləşdirilmiş narkotik xassəli bitkilərin yaş kütləsi 16 ton 271 kiloqram 409 qram, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 250 nəfər artıb. 16-18 yaşadək olanların sayı 1, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı 7 nəfər azalıb.

Qaçaqmalçılıqla bağlı aşkarlanan faktların sayı 108 fakt azalsa da, faktlar üzrə qanunsuz dövriyyədən götürülmüş narkotiklərin çəkisi 400,4 kiloqram çox olub.

Hesabat dövründə sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən 10 min 832 nəfər keçirilib. Onlardan 3101 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub, 1759 nəfər istifadəçi aşkarlanıb və müvafiq qeydiyyata götürülüb. Hazırda əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən üç məntəqədə proqram çərçivəsində 583 nəfər xəstə müalicə alır. Onlardan 345 nəfəri Respublika QİÇS-lə Mübarizə Mərkəzində, 165 nəfəri Respublika Narkoloji Mərkəzindədir. Sumqayıt Şəhər Narkoloji Dispanserində isə 73 nəfər müalicə olunur.

 

 2019/2020-ci illərin 6 ayı ərzində ölkə üzrə narkotiklərlə əlaqəli aşkar olunan faktlar və qanunsuz dövriyyədən götürülən narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları barədə müqayisəli məlumat

2019-cu il

2020-ci il

Fakt

%-lə

Cəmi

2553

2893

+340

+ 11,7

Satış

707

1015

     +308

   +30,3

Saxlama

1675

1665

 -10

-0,6

Əkin

141

170

  +29

+17

Digərləri

30

43

  +13

 +30,2

Götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı

2019-cu il

2020-ci il

Fərq

Cəmi

1 ton 650 kq 749,3 qr

2 ton 309 kq 543,2 qr

 +658 kq 793,9 qr

Marixuana

510 kq 846 qr

524 kq 297,6 qr

+13 kq 451,6 qr

Həşiş

 14 kq 071,1 qr

20 kq 469,8 qr

+6 kq 398,7 qr

Tiryək

 224 kq 864,6 qr

168 kq 675,3 qr

-56 kq 189,3 qr

Heroin

763 kq 160,1 qr

1 ton 460 kq 615,3 qr

+697 kq 455,2 qr

Kokain

  4 kq 009,2

394 qr

-3 kq 615,2 qr

Psixotrop maddələr və digərləri

  133 kq 798,4 qr

135 kq 091,2 qr

+1 kq 292,8 qr

 Ədliyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin məhkəmə-narkoloji tibbi yoxlaması təmin olunub və ekspertizadan cəmi 1794 nəfər keçib. Onlardan 1228 nəfərə narkomaniyadan məcburi müalicə təyin olunub, mülki işlə bağlı narkoloji tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin ümumi sayı 12 nəfərdir.

Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən Azərbaycan vətəndaşları arasında bu ilin altı ayında İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxma hallarının 15,8 faizi, ümumilikdə isə 1992-ci ildən 2020-ci il iyulun 1-dək yoluxma hallarının 40,3 faizi inyeksion narkotik istifadəsi nəticəsində baş verib.

Ümumilikdə 1988-ci ildən İİV-infeksiyası aşkarlanmış 3260-ı kişi, 74-ü qadın olmaqla 8408 nəfərdən 3344-ü inyeksion narkotik istifadəçisi olublar. Onların da 2605 nəfəri (78,8 faiz) dispanser qeydiyyatına götürülüb. Ümumiyyətlə qeydiyyatda olanların 6096 nəfəri Qazanılmış İmmun Çatışmazlığı Sindromunun (QİÇS) daşıyıcısıdır. 1988-ci ildən etibarən İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların ümumilikdə sayı 1093 nəfər olub.

Xüsusi olaraq qeyd olunmalıdır ki, ölkədə İİV-ə narkomanların yeni yoluxma sayında azalma müşahidə olunur. 2020-ci ilin altı ayında aşkarlanmış 273 nəfər İİV-ə yoluxmuş Azərbaycan vətəndaşının 43 nəfəri inyeksion narkotik istifadəçisi olub.

Baş Nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun müvafiq göstərişlərinə əsasən 26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ərəfəsində sistemli şəkildə maarifləndirmə işinin təşkili və əhatəsinin genişləndirilməsi məqsədi ilə bir çox tədbirlər həyata keçirilib.

Bu il iyunun 30-da Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı, Dövlət Komissiyasına üzv olan qurumların məsul əməkdaşlarının, Bakı şəhəri və respublikanın şəhər, rayon komissiyalarının sədrlərinin iştirakı ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə və bu sahədə qarşıda duran vəzifələr” mövzusunda onlayn konfrans keçirilib.

Həmçinin ictimai maarifləndirmə tədbirləri çərçivəsində bu ilin iyulundan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə narkomanlığın ziyanı ilə bağlı əhalini məlumatlandırmaq üçün zəruri bildirişin (DK İsçi Qrup: Ən doğru seçim-narkotiklər haqqında həqiqəti öyrənək və heç bir halda ondan istifadə etməyək! www.nmdk.gov.az, Daxili İşlər Nazirliyi 012 590-21-10, Respublika Narkoloji Mərkəzi 012 455-07-61) ölkə üzrə fəaliyyət göstərən “Azercell”, “Bakcell” və “Azerfon” operatorları tərəfindən cəmi 7 milyondan çox sms abunəçilərə göndərilməsi təmin edilib. Bundan başqa, “Narkomanlığa birlikdə yox deyək” şüarı Bakı Nəqliyyat Agentliyinin elektron informasiya terminallarında və “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtobuslarında mövcud olan monitorlarda nümayiş olunub.

Narkotiklərdən istifadə nəticəsində mərhələli qaydada baş verən dəyişiklikləri və xəbərdaredici şüarları əks etdirən maarifləndirici videoçarxın və “Çalış ki, narkotikə hədəf olmayasan” adlı sosial rolikin Azərbaycan Dövlət Reklam Agentliyi vasitəsilə Bakının bir sıra küçə və prospektlərindəki elektron reklam lövhələrində, o cümlədən kütləvi informasiya vasitələrində və Dövlət Komissiyasının rəsmi www.nmdk.gov.az internet səhifəsində geniş işıqlandırılıb. Eyni zamanda, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə mövzusunda televiziya kanallarında Dövlət Komissiyasının üzvü olan aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə xüsusi verilişlər təşkil edilib.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.1.10-cu bəndinin icrası ilə əlaqədar narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədi ilə aidiyyəti nazirlik, komitə və təşkilatlarla, o cümlədən ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirilməni təmin etmək məqsədilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunda “802” qaynar xətt rabitə əlaqəsi fəaliyyətə başlayıb.

Bu il iyulun 29-da Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə Regional Informasiya və Əlaqələndirmə Mərkəzinin (MARİƏM) təşəbbüsü ilə 2021-2025-ci illəri əhatə edən yeni proqram layihəsinin hazırlanması məqsədi ilə ölkəmizin aidiyyəti dövlət qurumlarının iştirakı ilə virtual platformada məsləhətləşmələrin aparılması üçün videokonfrans keçirilib.

Eləcə də Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının icrasının növbəti mərhələsində aidiyyəti dövlət və qeyri-hökumət təşkilatları ilə birlikdə müasir təbliğat və maarifləndirmə metodlarından istifadə etməklə sosial maarifləndirmə işinin təşkili, müasir texnologiyanın və yeni üsulların tətbiqi məqsədi ilə profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması üzrə ixtisaslaşmış təlimlərin, ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri üçün ictimai mühazirələrin, məktəb psixoloqları üçün treninqlərin, cəzaçəkmə müəssisələrində, penitensiar müəssisələrin əməkdaşları üçün təlimlərin keçirilməsi, narkomanlığın qarşısının alınması istiqamətində maarifləndirici materialların hazırlanması və həmin materialların yayılmasının təşkili nəzərdə tutulub. Bunlardan əlavə sağlam həyat tərzinin təbliği və narkomanlığın ziyanı ilə bağlı bədii və animasiya filmlərinin, sosial çarxların hazırlanması və kütləvi informasiya vasitələrində geniş işıqlandırılması da planlaşdırılıb.

Beləliklə, narkomaniya ilə mübarizənin məhz dövlət və ümummilli siyasət səviyyəsinə qaldırılması, ölkəmizdə narkotizmin profilaktikasına və dəf edilməsinə son dərəcə ciddi əhəmiyyət verilməsi, respublika rəhbərliyinin narkotizmin hər cür təzahürünə qarşı prinsipial və barışmaz mövqeyi, narkomaniyanın dəf olunmasında dövlət və hüquq-mühafizə orqanlarından konkret nəticələrin tələb edilməsi bu ümumbəşəri fəlakətin ərazimizdə yayılması təhlükəsinə Azərbaycanın bugünkü münasibətini xarakterizə edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib