NARKOTİK VASİTƏNİ KÖNÜLLÜ POLİSƏ TƏHVİL VERMİŞDİR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Narkotiklərlə Mübarizə Baş İdarəsinin qərb bölgəsində regional şöbəsi və Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çaylı kənd sakini Elnarə Xudiyeva 26,13 qram marixuananı könüllü olaraq polisə təhvil vermişdir. E.Xudiyevaya narkotik vasitəni satmış həmkəndlisi Məmməd Məmmədov tutulmuşdur.
Əzizbəyov Rayon Polis İdarəsinin 2-ci bölməsinin əməkdaşları Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mehman Rufullayevdən 5,13 qram həşiş, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları şəhər sakini Vüqar Quliyevdən 0,191 qram heroin götürmüşlər.
Faktlarla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]