NASA Marsa nüvə enerjisi ilə işləyən kosmik aparat göndərməyi planlaşdırır
Bakı, 21 iyul, AZƏRTAC
ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyası (NASA) 2028-ci ilin sonunadək nüvə enerjisi ilə işləyən “Space Reactor 1” adlı kosmik aparatın hazırlanması və Marsa göndərilməsi üçün təxminən 2,1 milyard ABŞ dolları xərcləməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə NASA rəsmiləri “Politico” nəşrinə bildiriblər.
Məlumata görə, layihənin dəyəri ilkin hesablamalara əsasən 2,1 milyard dollar təşkil edir və satınalma prosesi davam etdikcə bu məbləğ dəqiqləşdiriləcək. Layihənin maliyyələşdirilməsi 2026–2029-cu illəri əhatə edəcək.
Yeni kosmik aparat Marsın səthinə kəşfiyyat məqsədilə “Ingenuity” texnologiyası əsasında hazırlanmış üç robot helikopter çatdıracaq. “SkyFall” proqramının ümumi dəyəri isə hələ açıqlanmayıb.
Qeyd edək ki, “Ingenuity” helikopteri 2021–2024-cü illərdə Marsda 72 uçuş həyata keçirərək əlçatmaz ərazilərin tədqiqi və planetin səthinin xəritələşdirilməsində mühüm rol oynayıb. NASA 2024-cü ilin yanvarında aparatın zədələnməsi səbəbindən onun missiyasının başa çatdığını elan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]