NATO-nun Baş katibi Budapeştdə Macarıstanın mövqeyini müzakirə edəcək
Budapeşt, 8 iyun, AZƏRTAC
NATO-nun Baş katibi Yens Stoltenberq gələn həftə Macarıstana səfər edəcək. O, rəsmi Budapeştlə bu ölkənin alyansın digər ölkələrə qarşı hərəkətlərində iştirak etməməsi məsələsini müzakirə edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban TV2 telekanalına müsahibəsində bildirib.
“Seçkilərdən sonra gələn həftə NATO-nun Baş katibi bizim ölkəmizə gələcək və bu məsələyə toxunacağıq. İyulun 1-də isə NATO-nun Vaşinqtonda sammiti keçiriləcək”, - deyə o qeyd edib.
Orbanın sözlərinə görə, döyüş elə aparılmalıdır ki, Macarıstan öz ərazisindən kənarda digər ölkələrə qarşı həyata keçirilməsi istənilən bütün hərəkətlərdən kənarda qala bilsin. Siyasətçinin vurğuladığı kimi, bunun üçün güc lazımdır, çünki XX əsrdə Macarıstan hakimiyyəti də iki dünya müharibəsində iştirak etməmək arzusunda idi, lakin onların gücü çatmadı, ona görə də ölkəni hərbə sürüklədilər və sonra oradan çıxmasına icazə verilmədi.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]