NATO-nun Gürcüstan ilə əməkdaşlığına yenidən baxılıb
Tbilisi, 26 mart, AZƏRTAC
2024-cü il parlament seçkiləri və sonrakı hadisələr kontekstində müttəfiqlər NATO-nun Gürcüstanla əməkdaşlığı yenidən nəzərdən keçiriblər.
AZƏRTAC xəbər verir ki, bu fikirlər NATO-nun illik hesabatında əksini tapıb.
Alyansın Baş katibi Mark Ruttenin 2025-ci il hesabatında deyilir ki, yuxarıda qeyd olunanların nəticəsi olaraq, "NATO-Gürcüstan Əsas Paketi"nin bəzi aspektləri də daxil olmaqla, NATO-Gürcüstan əməkdaşlığının elementləri prioritet baxımından yenidən müəyyən edilib.
Hesabata görə, Gürcüstan Müdafiə Qüvvələri ilə müdafiə sahəsində əməkdaşlıq irəliləyib və bu, may ayında keçirilən NATO-Gürcüstan təlimlərində öz əksini tapıb.
Ruttenin hesabatında deyilir ki, "NATO-nun Tbilisidəki Əlaqələndirmə Ofisi Cənubi Qafqaz regionundakı hər üç tərəfdaşla əməkdaşlığı davam etdirir.
Hesabata görə, 2025-ci il ərzində NATO məsləhətçilərindən ibarət böyük bir qrup müdafiə qabiliyyətlərini və Alyansla qarşılıqlı fəaliyyətini artırmaq üçün gürcü həmkarları ilə işləməyə davam edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]