NATO ölkələrinin xarici işlər nazirləri Brüsseldə Alyansın müdafiə qabiliyyətinin gücləndirilməsini müzakirə edəcəklər
Berlin, 3 dekabr, AZƏRTAC
Bu gün Brüsseldə NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, proqrama əsasən, Şimali Atlantika Şurasının xarici işlər nazirləri səviyyəsində iclasından sonra NATO-Ukrayna Şurasının xarici işlər nazirləri səviyyəsində işgüzar görüşü olacaq.
NATO-nun Baş katibi Mark Rütte iclasla bağlı mətbuata açıqlamasında görüşdə Ankarada keçiriləcək növbəti NATO Sammitinə hazırlıq çərçivəsində təhlükəsizlik üçün dəyişən təhdidlərin müzakirə olunacağını, həmçinin çəkindiricilik və müdafiə qabiliyyətinin gücləndirilməsi üçün atılan addımların nəzərdən keçiriləcəyini bildirib. O, həmçinin Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallasın iştirakı ilə NATO-Ukrayna Şurası çərçivəsində də müzakirələrin aparılacağını qeyd edib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [13:11]
İqlim dəyişmələri son 40 ildə Avropa İttifaqına 822 milyard avro zərər vurub
- 12.06.2026 [12:39]
İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib
- 12.06.2026 [12:22]
İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib
- 12.06.2026 [12:20]
Pakistanda polisə hücum olub: ölənlər var
- 12.06.2026 [12:15]