NATO Səudiyyə Ərəbistandakı neft obyektlərinə hücumlara münasibət bildirib
Bakı, 17 sentyabr, AZƏRTAC
NATO şənbə günü Səudiyyə Ərəbistanının “Aramco” dövlət şirkətinin neft emalı zavodlarına dronlarla edilən hücumları diqqətlə və “narahatlıq” hissi ilə izləyir. AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, bu bəyanatı Şimali Atlantika Alyansının Baş katibi Yens Stoltenberq səsləndirib.
NATO-nun Baş katibi vurğulayıb ki, qlobal enerji təchizatının hər hansı şəkildə pozulması alyansın müttəfiqlərinə birbaşa təsir edir. “Biz hadisələrin inkişafını diqqətlə və narahatlıq hissi ilə izləyirik”, -deyə Stoltenberq qeyd edib. O, tərəflərin hamısını insidentin gələcəkdə böyüməsinin qarşısını almağa çağırıb və diqqətə çatdırıb ki, bunun regional təhlükəsizlik baxımından ciddi fəsadları ola bilər.
Terror aktına görə məsuliyyəti öz üzərinə götürən Husitlər Səudiyyə Ərəbistanında fəaliyyət göstərən xarici şirkətlərə xəbərdarlıq ediblər ki, bu yerləri tərk etsinlər. Belə ki, onlar neft obyektlərini yenidən hədəfə alacaqlarını bəyan ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]
Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
- 16.06.2026 [12:08]
Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib
- 16.06.2026 [12:03]