Naxçıvan Dövlət Universitetinin professorunun elmi məqaləsi yüksək impaktfaktorlu jurnalda dərc olunub
Naxçıvan, 19 noyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin Baytarlıq təbabəti kafedrasının professoru, biologiya üzrə elmlər doktoru Etibar Məmmədovun “Naxçıvan Muxtar Respublikası şəraitində camışlarda anoplosefalyat törədicilərinin yayılması” adlı elmi məqaləsi “Beynəlxalq entomololi tədqiqatlar” (International journal of entomology research) adlı elmi jurnalda dərc olunub.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müəllif məqalədə muxtar respublikanın müxtəlif ərazilərində camışlarda intensiv müşahidə edilən bağırsaq setodlarının yayılma xüsusiyyətlərinin, invaziyanın mövsümi dinamikasının araşdırılmasına dair maraqlı elmi tədqiqatlar aparıb. Araşdırılan elmi nəticələr məqalədə ümumiləşdirilib.
Qeyd edək ki, “Beynəlxalq entomololi tədqiqatlar” jurnalı Web of science indeks bazasına malik, yüksək impaktfaktoru ilə seçilən və biologiya elmləri sahəsində dünyada daha çox istinad olunan mənbələrdən biridir.