Naxçıvan Dövlət Universitetinin professorunun həmmüəllifi olduğu elmi məqalə Niderlandda dərc olunub
Naxçıvan, 23 noyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Zəhmət Şahverdiyev və həmin kafedranın müəllimi, tarix üzrə fəlsəfə doktoru Qadir Əkbərovun həmmüəllif olduğu elmi məqalə “Virtus” beynəlxalq elmi jurnalda nəşr olunub.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “1995-2003-cü illərdə Naxçıvan Muxtar Respublikasının ictimai həyatında milli-mənəvi dəyərlər” mövzusunda yazılan məqalədə Naxçıvanda milli dövlətçiliyin inkişaf etdirilməsi, elm və mədəniyyət məsələləri, tarixi yaddaşın daha da möhkəmləndirilməsi yolunda 1995-2003-cü illərdə də atılan mühüm addımlar öz əksini tapıb.
Məqalədə müəlliflər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun muxtar respublikada ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsindən, milli məsələlərlə bağlı gördüyü işlərdən ətraflı bəhs ediblər.