Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan, 5 iyul (AZƏRTAC). İyulun 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda beynəlxalq elmi konfransda iştirak etmək üçün muxtar respublikada səfərdə olan türkiyəli tarixçi alim, professor İbrahim Ethem Artnur ilə görüşmüşdür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ali Məclisin Sədri Vasif Talıbov İbrahim Ethem Artnurun Naxçıvanın muxtariyyət tarixinin araşdırılması sahəsindəki fəaliyyətini yüksək qiymətləndirmiş, alimin yazdığı kitabların Naxçıvanın 1918-1921-ci illər tarixinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından dəyərli elmi mənbələr olduğunu diqqətə çatdırmışdır.
Ali Məclisin Sədri Naxçıvan tarixinin araşdırılması sahəsindəki səmərəli fəaliyyətinə görə İbrahim Ethem Artnura təşəkkür etmiş və onun “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edildiyini bildirmişdir.
İbrahim Ethem Artnur muxtar respublikada bütün sahələrin, o cümlədən elmin inkişafı istiqamətində ardıcıl tədbirlər görüldüyünü bildirmişdir. Alim Naxçıvan tarixinin araşdırılması sahəsindəki fəaliyyətini bundan sonra da davam etdirəcəyini vurğulamış, “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif olunmasının onun üçün xüsusi əhəmiyyət daşıdığını qeyd etmiş, əməyinin belə yüksək qiymətləndirilməsinə görə minnətdarlıq etmişdir.
Ali Məclisin Sədri “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanını və vəsiqəsini İbrahim Ethem Artnura təqdim etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]